Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb Konstitusiya Məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxıb.
Daxili siyasət
22 Sentyabr , 2022 20:15
Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Konstitusiya Məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxıb.

"Report" xəbər verir ki, müraciətdə Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsi istənilib.

Konstitusiya Məhkəməsi rəylər və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu və 454-cü maddələrinin tələbləri baxımından cinayət işinin başlanmasının rədd olunması barədə qərarın qanuniliyi və əsaslılığına dair hakimin qərarının apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılması eyni hallar üzrə təkrarən məhkəmə nəzarətinin həyata keçirilməsini istisna edir.

Son xəbərlər

Orphus sistemi