​Vasif Talıbov: "Heç bir qüvvə, kənar təsir Azərbaycanı yolundan döndərə bilməz"

​Vasif Talıbov: "Heç bir qüvvə, kənar təsir Azərbaycanı yolundan döndərə bilməz" "Sosial sahələrin inkişafına diqqəti artırmalıyıq"
Daxili siyasət
18 Noyabr , 2015 10:07
​Vasif Talıbov: Heç bir qüvvə, kənar təsir Azərbaycanı yolundan döndərə bilməz

Bakı. 18 noyabr. REPORT.AZ/ "Qarşıdakı dövrdə də fəaliyyətimizi gücləndirməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələrinin yaradılmasını təmin etməli, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq".

"Report" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Məclisin sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Ali Məclisin ötən çağırışdakı fəaliyyət dövründə muxtar respublikada inkişaf təmin edilib, yeniləşməyə nail olunub: "Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən quruculuq xətti davam etdirilib, idarəetmə orqanlarının məsuliyyəti artırılıb. Əminliklə demək olar ki, ötən beş ildə nəzərdə tutulan proqramlar icra olunub, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılıb, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün tədbirlər görülüb. Azərbaycanda və onun Naxçıvanda əldə olunan bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvanda da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz".

Son xəbərlər

Orphus sistemi