Keçmiş məcburi köçkün: Təki bundan sonra övladlarımız güllə səsi eşitməsinlər

Keçmiş məcburi köçkün: Təki bundan sonra övladlarımız güllə səsi eşitməsinlər "Ən böyük arzum Şuşada uşaqlığımın, məktəb illərimin keçdiyi o cığırları, küçələri gəzməkdir".
Daxili siyasət
30 May , 2024 07:26
Keçmiş məcburi köçkün: Təki bundan sonra övladlarımız güllə səsi eşitməsinlər

"Ən böyük arzum Şuşada uşaqlığımın, məktəb illərimin keçdiyi o cığırları, küçələri gəzməkdir".

"Report" xəbər verir ki, bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Yeganə Qalib qızı Nəsibova deyib.

O qeyd edib ki, Şuşadan çıxandan sonra uzun illər çətinliklərlə rastlaşıblar:

"Bu illər ərzində Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yataqxanada köçkünlük həyatı yaşamışıq. Müharibə doğmalarımızı, sevdiklərimizi, illərimizi bizdən aldı. Təki bundan sonra övladlarımız müharibə görməsin, güllə səsi eşitməsinlər.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Xatırladaq ki, işğaldan azad olunmuş Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Son xəbərlər

Orphus sistemi