Keçən il BQXK Azərbaycan nümayəndəliyi 80 başçəkmə keçirib

Keçən il BQXK Azərbaycan nümayəndəliyi 80 başçəkmə keçirib Keçən il 80 başçəkmə (19 saxlanma məntəqəsində) məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün həyata keçirilib.
Daxili siyasət
26 Fevral , 2024 11:38
Keçən il BQXK Azərbaycan nümayəndəliyi 80 başçəkmə keçirib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi keçən il 80 başçəkmə (19 saxlanma məntəqəsində) keçirib.

Bu barədə "Report"a BQXK-dan məlumat verilib.

Qeyd olunub ki, başçəkmə məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün reallaşıb.

Bildirilib ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə onların ailə üzvləri arasında 1 600, Ermənistanda saxlanılan Azərbaycan vətəndaşları ilə onların ailə üzvləri arasında isə 40 şifahi, yazılı və video mesajlar ötürülüb, və telefon zəngləri baş tutub: "6 000-dən çox saxlanılan şəxs yay və qış paltarları, alt paltarları, ayaqqabılar, gigiyenik bağlamalar, kitablar, idman ləvazimatları və s. daxil olmaqla fərqli malların ianəsindən faydalanıb".

Son xəbərlər

Orphus sistemi