Karantinə əməl etməyən 195 minə yaxın şəxs məsuliyyətə cəlb edilib

Karantinə əməl etməyən 195 minə yaxın şəxs məsuliyyətə cəlb edilib Xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirlərinin görülüb.
Daxili siyasət
21 İyul , 2020 19:13
Karantinə əməl etməyən 195 minə yaxın şəxs məsuliyyətə cəlb edilib

Xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kollegiya iclasında Daxili İşlər naziri,  general-polkovnik Vilayət Eyvazov deyib.

Nazir bildirib ki, onlardan 788 nəfəri həbs edilib, 193 min 560 nəfəri, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfəri cərimələnib.

Daxili İşlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini də bildirib.

Son xəbərlər

Orphus sistemi