“Dünyada qərarvermə prosesində siyasi partiyaların təsiri danılmaz faktdır”.
“Report”un xəbərinə görə, bunu Kamboca Xalqları Partiyasının Mərkəzi Komitəsinin üzvü Kheav Sambat Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda Bakıda keçirilən xüsusi konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyasının son 30 ildə gördüyü işlər yüksək qiymətləndirilir: “Görülən işlər ölkənin çiçəklənməsinə və inkişafına gətirib çıxarıb”.
Komitə üzvü həmçinin bildirib ki, Kamboca sülhü dəstəkləyir və bu, ölkə siyasətinin əsasını təşkil edir: “Biz də ölkə olaraq müharibədən keçmişik. Məhz buna görə, sülhü yüksək qiymətləndiririk. Düşünürəm ki, sülh olmadan heçnə mümkün deyil. Ölkəmiz kiçik olsa da regionumuzda sülhə töhfə verməyə çalışır”.
“Müharibə bizə çoxtərəfli dialoqu və hər iki tərəfin qazanclı olduğu razılıqların əldə olunmasının vacibliyini öyrədib”,- K.Sambat vurğulayıb.