Jurnalist Şahin Rzayev azadlığa buraxılıb

Daxili siyasət
  • 16 yanvar, 2024
  • 15:33
Jurnalist Şahin Rzayev azadlığa buraxılıb

Jurnalist Şahin Rzayev azadlığa buraxılıb.

“Report” xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.

“Azadlıqdayam. Dəstəyiniz üçün təşəkkürlər”,- jurnalist yazıb.

Qeyd edək ki, Şahin Rzayev inzibati xəta törətməkdə təqsirli bilinərək ötən gün həbs edilib. Məhkəmə onun barəsində 15 sutkalıq inzibati qaydada həbs qərarı çıxarıb.