Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncam qüvvədən düşüb

    Mayın 1-də qüvvəyə minən sərəncam iyulun 1-nə qədər qüvvədə olub

    Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabinetinin ölkədə keçirilən "Bakı-2015" l Avropa Oyunları ilə əlaqədar iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı sərəncamı qüvvədən düşüb.

    "Report" xəbər verir ki, Avropa Oyunları zamanı nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro vo avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq məqsədilə mayın 1-də qüvvəyə minən sərəncam iyulun 1-nə qədər qüvvədə olub. Artıq bu gündən qərar qüvvədən düşmüş hesab olunur.

    Xatırladaq ki, bu qərarla Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatlarında çalışan işçilərin 25 faizi üçün saat 8:00-dan saat 17:00-dək, 25 faizi üçün saat 8:30-dan saat 17:30-dək, 25 faizi üçün saat 9:00-dan saat 18:00-dək, 25 faizi üçün saat 9:30-dan saat 18:30-dək iş saatı müəyyən edilib.

    Bundan əlavə, qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilərlə bağlı isə 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, 50 faizi üçün də saat 8:30-dan saat 17:30-dək pilləli şəkildə təşkili tövsiyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi