Azərbaycanda iqtidar-müxalifət dialoqu keçirilir

Azərbaycanda iqtidar-müxalifət dialoqu keçirilir Müxalifət partiyalarının sədrləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri görüş keçirir
Daxili siyasət
1894
13 Dekabr , 2014 11:07
Azərbaycanda iqtidar-müxalifət dialoqu keçirilir

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanda bir qrup müxalifət partiyalarının sədrləri Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş keçirir.

"Report"un məlumatına görə, görüşə Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Böyük Quruluş Partiyası (BQP), Böyük Azərbaycan Partiyası (BAP), Ümid Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokrat Partiyası (ADP), Aydınlar Partiyası, Vəhdət Partiyası və başqa partiyaların sədrləri qatılıb.

Görüşdə PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov və həmin şöbənin sektor müdiri Elman Paşayev də iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi