Hazırda bir sıra xəbər portallarında paylaşılan xəbərlərdə insan hüquqlarının pozulmasına dair üçüncü media monitorinq hesabatı üzərində işlər aparılır.
"Report" xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev "Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyasında çıxışı zamanı deyib.
O xatırladıb ki, bununla bağlı institut tərəfindən artıq iki hesabat hazırlanıb:
"Eyni zamanda əldə olunan nəticələrdən sonra media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda təlimlər də təşkil olunub".
Onun sözlərinə görə, media nümayəndələri üçün növbəti maarifləndirici təlimin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.