İlham Əliyev Azərbaycan paralimpiyaçılarının qələbəsi münasibətilə növbəti paylaşım edib
- 28 avqust, 2021
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançıları ilə bağlı növbəti paylaşım edib.
"Report" xəbər verir ki, dövlət başçısının tviter hesabında bununla bağlı paylaşımında deyilir:
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"
“Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!
— İlham Əliyev (@azpresident) August 28, 2021