İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 milyon manat təsdiqlənib

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 milyon manat təsdiqlənib Bakı. 26 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanunu imzalayıb.
Daxili siyasət
26 Dekabr , 2017 15:56
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 milyon manat təsdiqlənib

Bakı. 26 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanunu imzalayıb.

“Report” xəbər verir ki, büdcənin ümumi göstəriciləri işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilib.

Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlirlərin mənbələri Məbləğ (manatla)
1. İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmio cümlədən: 89 020 000,0
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 17 726 212,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 726 212,0
1.3. digər sığortaedənlər 53 567 576,0
2. Sair gəlirlər 20 000,0

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. İşsizliyə görə sığorta ödənişləri 33 478 000,0
2. Peşə hazırlığı və əlavə təhsilin təşkili 1 613 000,0
3. Peşə yönümünə dair məsləhət xidmətləriningöstərilməsi 1 150 000,0
4. Əmək yarmarkalarının, əmək birjalarının təşkili 120 000,0
5. Haqqı ödənilən ictimai işlərin təşkili 1 788 000,0
6. Özünüməşğulluq tədbirlərinin təşkili 35 802 000,0
7. Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi 1 380 000,0
8. Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 13 709 000,0

Son xəbərlər

Orphus sistemi