İqtidar-müxalifət dialoqu başa çatıb

İqtidar-müxalifət dialoqu başa çatıb Görüş Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilib
Daxili siyasət
204
13 Dekabr , 2014 13:43
İqtidar-müxalifət dialoqu başa çatıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) bir qrup müxalifət partiyalarının sədrləri ilə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov arasında keçirilən görüş başa çatıb. “Report”un xəbərinə görə, görüşə Vətəndaş Həmrəyliyi Partiyası(VHP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Böyük Quruluş Partiyası (BQP), Böyük Azərbaycan Partiyası (BAP), Ümid Partiyası, Azadlıq Partiyası, Azərbaycan Demokrat Partiyası (ADP), Aydınlar Partiyası, Vəhdət Partiyası və başqa partiyaların sədrləri qatılıb.

Görüşdə PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov və həmin şöbənin sektor müdiri Elman Paşayev də iştirak ediblər.

Qeyd edək ki, görüşün əvvəlində KİV nümayəndələri də iştirak edib, sonrakı hissə mətbuata qapalı keçirilib.

Son xəbərlər

Orphus sistemi