Yuxarı

​İnzibati aktın yerinə yetirilməməsinə görə cərimənin maksimum və minimum həddi müəyyənləşdirilib

Cərimənin miqdarı dörd manatdan az ola bilməz

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərar verib. “Report” xəbər verir ki, baş nazir Artur Ras-zadənin imzaladığı qərara əsasən, cərimənin miqdarı 4 manatdan az ola bilməz. Fiziki şəxslər 44 manatdan, hüquqi şəxslər isə 330 manatdan yuxarı miqdarda cərimə oluna bilməzlər.

Həmçinin, dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi