Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan prezidenti
“Report” xəbər verir ki, dövlət başçısı CAR prezidenti Ceykob Gedleyihlekisa Zumaya yazdığı məktubda onu və xalqını ölkəsinin milli bayramı – Azadlıq günü münasibətilə öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib.
“Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan ilə Cənubi Afrika Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir”, - deyə məktubda bildirilir.
Prezident Niderland kralı əlahəzrət Villem-Aleksandra yazdığı məktubda onu və xalqını Niderland Krallığının milli bayramı – Kral günü münasibətilə səmimi qəlbdən təbrik edib.
“Bu əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə prezident bildirib.