Yuxarı

​Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Ərizəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılacaq

Bakı. 13 may. REPORT.AZ/ Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

Partiyanın Divan üzvü Nemət Kərimli "Report"a açıqlamasında deyib ki, BŞİH Müsavatın aprelin 19-na təyin etdiyi yürüşə razılıq verilmədiyi üçün məhkəməyə müraciət ediblər. Onun sözlərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə təqdim olunan ərizədə icra hakimiyyətinin yürüşə icazə verməməsinin qanunvericiliyə zidd olduğu qeyd edilib. 

Xatırladaq ki, BŞİH Müsavat Partiyasının aprelin 19-na planlaşdırdığı yürüşün keçirilməsinə razılıq verməyib. İcra Hakimiyyəti partiyaya aprelin 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirmək təklif olunub. Müsavat rəhbərliyi isə bu təklifdən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi