Yuxarı
    Bağlamaq

    İcra başçısı: "Məktəbdə baş verən yanğının dəqiq səbəbi məlum deyil"

    Məktəbə dəyən ziyanın smetası çıxarılacaq, fəsadlar aradan qaldırılacaq

    Bakı. 23 may. REPORT.AZ/ Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayonun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın baş verən əraziyə gedib.

    "Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, icra başçısı son durumla maraqlanıb.

    İcra başçısı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda hadisənin başvermə səbəbləri araşdırılır: "Hələ ki, dəqiq səbəbi bəlli deyil. Məktəbə dəyən ziyanın smetası çıxarılacaq, fəsadlar aradan qaldırılacaq".

    Qeyd edək ki, Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “Report”a açıqlamasında bildirib ki, Yanğın hadisəsi məktəbin ibtidai sinfin şagirdlərinin dərs keçdiyi korpusda qeydə alınıb: "Məktəbin giriş hissəsindəki otaqlardan birində mebel yanıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır. Şagirdlər dərhal hadisə yerindən təxliyyə olunub. Xəsarət alan yoxdur”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi