Hökumət rəsmisi: "Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib"

Hökumət rəsmisi: "Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib" "Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib".
Daxili siyasət
28 Noyabr , 2023 10:37
Hökumət rəsmisi: Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib

"Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir: "Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib, minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb".

Son xəbərlər

Orphus sistemi