Hikmət Hacıyev: "Təqvimdə dahi insanların yalnız doğum günü olur"

Hikmət Hacıyev: "Təqvimdə dahi insanların yalnız doğum günü olur" "Təqvimdə dahi insanların yalnız doğum günü olur. Ona görə də Azərbaycan xalqı 10 may tarixini məhz ulu öndərin doğum günü kimi qeyd olunur. Azərbaycan xalqının qəlbində ulu öndərin irsi yaşayır. Çünki ulu öndərin fəaliyyəti məhz Azərbaycanın inkişafı, dö
Daxili siyasət
10 May , 2022 10:13
Hikmət Hacıyev: Təqvimdə dahi insanların yalnız doğum günü olur
Hikmət Hacıyev

"Təqvimdə dahi insanların yalnız doğum günü olur. Ona görə də Azərbaycan xalqı 10 may tarixini məhz ulu öndərin doğum günü kimi qeyd edir. Azərbaycan xalqının qəlbində ulu öndərin irsi yaşayır. Çünki ulu öndərin fəaliyyəti məhz Azərbaycanın inkişafı, dövlətçiliyimizin gücləndirilməsi ilə bilavasitə bağlı idi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Ulu öndər fenomeninə yalnız Azərbaycanın rəhbərliyi konteksində yox, 200 il ərzində ölkəmizə qarşı işlənib-hazırlanmış məkrli planlar çərçivəsində baxmaq lazım idi. Bu, istər XIX əsrdə, istərsə də XX əsrdə addım-addım ölkəmizə qarşı bu plan həyata keçirilirdi. Xüsusən də XX əsrin əvvəlində. Bir məqamı da xüsusilə qeyd etməliyik ki, məhz Qarabağ hərəkatı - yəni Ermənistan tərəfindən, erməni lobbisi və dairələri tərəfindən Qarabağın işğalı da 80-ci illərin sonunda, ulu öndərin SSRİ rəhbərliyindən götürülməsindən sonra və ona qarşı məkrli planların həyata keçirilməsindən sonra başladı.

Burada məkrli planı həyata keçirənlər hər şeyi çox yaxşı bir şəkildə planlaşdırmışdılar, amma onlar iki şeyi nəzərə ala bilməmişdilər. Bu, rəhmətlik ulu öndərin qətiyyəti və Azərbaycan xalqının əzmi idi ki, ulu öndər yenidən hakimiyyətə qayıtdı. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin təməlləri qoyuldu. Ölkəmizin daxili siyasi inkişafının, xarici siyasət strategiyasının asasları qoyuldu. Bu addımla da Azərbaycan dövləti yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Dahi liderlər yalnız yaşadıqları dövrlə yox, özlərindən sonra qoyub getdikləri siyasi irslə yadda qalırlar.

Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi irs bu gün də uğurla davam etdirilir. Onun tərəfindən qoyulan bir vəsiyyət var idi: Qarabağımızın və torpaqlarımız işğaldan azad olunması. 8 noyabr 2020-ci ildə Azərbaycanın qəlbinin tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Cənab Prezident xalqımıza, dünya azərbaycanlılarına müraciətində ata vəsiyyətinin həyata keçirilməsini xüsusilə qeyd etdi", - Prezidentin köməkçisi bildirib.

Son xəbərlər

Orphus sistemi