“Ağdam-Xankəndi yolundan istifadədən imtina edilməsini biz yalnız rasizim və diskriminasiya kimi qiymətləndirə bilərik”.
“Report”un Ağdama ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yoldan bu formada imtina yalnız və yalnız rasizimdir:
“Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlamaq niyyətindədir. Bu reinteqrasiya prosesinin də tərkib hissəsi olaraq Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını, təhlükəsizliyini və Azərbaycan Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır”.