Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonuna səfərini başa çatdıraraq İsmayıllı rayonuna gəlib.
Bu ilin fevralında baş verən zəlzələ İsmayıllı rayonuna da ziyan vurub. Dövlətimizin başçısı bu rayonda da zəlzələnin ziyan vurduğu evlərin bərpası ilə bağlı tapşırıqlarını vermişdi.
"Report" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfəri çərçivəsində Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gəldi, burada yaradılan şəraitlə tanış oldu.
Birinci vitse-prezident Mehriban Əliyeva: Sizi yeni evinizdə xoş gördük.
Sədiqə Orucova: Xoş gəlmisiniz. Çox sağ olun.
Mehriban Əliyeva: Zəlzələ evinizi tam yararsız vəziyyətə salmışdı?
Sədiqə Orucova: Bəli. Çox sağ olun. Nə yaxşı ki, Siz gəldiniz. Minnətdarıq.
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident
Mehriban Əliyeva dedi:
-Mən cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar. Bir çox evlər demək olar ki, yenidən tikilir, 2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə
Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə görülən işlərdən danışarkən, regionların sosial-iqtisadi inkişafı proqramının əhəmiyyətini vurğuladı, bu gün bütün rayonlarımızın abadlaşdığını, yeni infrastrukturla təmin edildiyini, yeni iş yerlərinin yaradıldığını qeyd etdi.
Mehriban Əliyeva: 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir. Biz keçmişə nəzər salsaq görərik ki, bütün ölkə üzrə, bütün rayonlarımız, regionlarımız, qəsəbələrimiz, kəndlərimiz nə qədər abadlaşıb. Yeni infrastruktur yaradılıb, yeni yollar salınıb, 640 yeni müasir xəstəxana tikilib, ölkədə mövcud olan 5 min məktəbdən 4 minə yaxını ya bərpa olunub, ya da yenidən inşa edilib. Yəni, bu, bütün istiqamətlərdə aparılan işlərdir. Regionlarda həm sənaye parkları, həm də aqroparklar salınır. Bu, öz növbəsində, yeni iş yerlərinin açılmasıdır, əhalinin məşğulluğudur. Ona görə, hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən atılan addımlar və proqramlar davam edəcək. Əlbəttə, bu işlər Azərbaycanın gələcək inkişafına, Azərbaycan xalqının yaşayış şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək.
Zəlzələdən əvvəl evin sahəsi 70 kvadratmetr idisə, yeni ev 100 kvadratmetrdir. 11 sot həyətyanı sahəsi olan evin otaqları tam təmir edilib.
***22:12
Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti