​Nazirlər Kabinetinin Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı qərarının açıqlanacağı tarix məlum olub

​Nazirlər Kabinetinin Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı qərarının açıqlanacağı tarix məlum olub Baş nazirin müavini: "Təkliflərə baxılması yekunlaşdırılıb"
Daxili siyasət
9 İyul , 2015 13:14
​Nazirlər Kabinetinin Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı qərarının açıqlanacağı tarix məlum olub

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabinetinin dövlət qurumlarının təklifləri əsasında Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı qərarın açıqlanacağı tarix məlum olub.

Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov "Report"a açıqlamasında deyib ki, təkliflərə baxılması yekunlaşıb: "Bununla bağlı müvafiq qərar iyulun 10-da açıqlanacaq".

Qeyd edək ki, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi, "Azəryolservis" ASC Nazirlər Kabinetinə Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı təkliflər göndəriblər. 

Son xəbərlər

Orphus sistemi