Yuxarı

​DSK sədri: "Zeynəb Xanlarova hələlik namizədliyini irəli sürməyib"

Xalq artistinin deputat olduğu seçki dairəsindən deputatlığa namizəd olmaq üçün beş nəfər müraciət edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Xalq artisti, deputat Zeynəb Xanlarova bu il keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün Dairə Seçki Komissiyasına müraciət etməyib.

Bu barədə "Report"a hazırda Z.Xanlarovanın deputat olduğu 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin sədri Rafəddin Nağdaliyev deyib.

O bildirib ki, deputatlığa namizəd olmaq üçün indiyədək 50 saylı Dairə Seçki Komissiyasına beş nəfər müraciət edib, onlardan dördünə imza vərəqi verilib: "Amma Zeynəb Xanlarova müraciət etməyib"

Xatırladaq ki, Z.Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. O, 1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. 

Qeyd edək ki, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədliyin irəli sürülmə proseduru seçkiyə start verilən gündən - avqustun 29-dan oktyabrın 2-nə qədər davam edir. İmzatoplama kampaniyası da bu müddət ərzində aparılır. Sentyabrın 12-dən isə seçkilərdə iştirak edəcək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi