Havaya görə qərb bölgəsində avtomobil yollarında hərəkət çətinləşib
Daxili siyasət
- 02 yanvar, 2026
- 11:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz və Göygöl rayonlarının avtomobil yollarında qismən çətinliklər yaranıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qarın yağması və bəzi yolların buz bağlaması səbəbindən nəqliyyat vasitələrin hərəkətində qismən çətinliklər olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavabında bildirilib ki, avtomobil yollarında təhlükəsizliyin qarşısını almaq məqsədilə Dövlət Yol Polisi əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.
Qeyd edək ki, bölgədə qarlı hava şəraiti müşahidə olunur. Elektrik və qazın verilişində problem yoxdur.
Son xəbərlər
14:13
Azərbaycan elm xərclərini 12 %-dən çox artırır
Maliyyə
14:12
Foto
Video
Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub - Yenilənib
Hadisə
14:11
Azərbaycan xarici yardımları 74 %-ə yaxın artırır
Maliyyə
14:09
Azərbaycandakı bələdiyyələr gələn il də büdcədən 9 milyon manat alacaq
Maliyyə
14:08
Paris yaxınlığında avtomobildən atəş açılıb: 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Digər ölkələr
14:02
Azərbaycan seçki və statistika tədbirlərinə xərcləmələri 10 %-ə yaxın artırır
Maliyyə
14:02
Rusiya, ABŞ və Ukrayna danışıqları noyabrın birinci yarısında Əbu-Dabidə keçiriləcək
Digər ölkələr
14:01
Foto
Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub
Turizm
13:55
Foto
Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib
Energetika