Yuxarı

Hadı Rəcəbli: “Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi deyir yeni maşın verilsin”

“Nə edirsən, yenə də narazı qalırlar”

Bakı. 18 aprel. REPORT.AZ/ “Qarabağ əlillərinə mənzillər verilir. Sadəcə, burada bir məsələ var, mənzillər ilk olaraq, l qrup əlillərə verilməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin iclasında deyib.

O, əlillərin bəzi məsələlərlə bağlı narazı olduğunu da qeyd edib: “Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verilsin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir?! Bu, doğru yanaşma deyil. Nə edirsən, yenə də narazı qalırlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi