Gündüz Kərimov: Vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir

Gündüz Kərimov: Vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir Rəqəmsallaşma bütün sahələri əhatə edir.
Daxili siyasət
2 Aprel , 2024 10:33
Gündüz Kərimov: Vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir
Gündüz Kərimov

Vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, rəqəmsallaşma bütün sahələri əhatə edir: "Rəqəmsallaşma cinayət prosesinin inkişafı və tətbiqində də nəzərə alınmalıdır. Mövcud cinayət tətbiqi metodlarının rəqəmsallaşdılması ilə yanaşı yeni metodlar, müasir informasiya texnologiyalarından da istifadə olunmalıdır. Rəqəmsal cinayətkarlıqla mübarizədə əsas işlər Baş Prokurorluğun üzərinə düşür".

PA-nın şöbə müdiri bildirib ki, gələcək qanunvericilik layihələrin hazırlanmasında dövlətin hüquq siyasəti və qanunvericiliyin inkişafı istiqamətləri nəzərə alınmalıdır.

Son xəbərlər

Orphus sistemi