Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək Mayın 7-də Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.
Daxili siyasət
30 Aprel , 2024 16:27
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Mayın 7-də Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının (MR) 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası (NMRVK) tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvan şəhər Vəkil Bürosu və Şərur rayon Vəkil Bürosunda pulsuz hüquqi yardımla bağlı “Açıq qapı" günü keçiriləcək.

Belə ki, Muxtar Respublika üzrə aztəminatlı şəxslər pulsuz hüquqi yardım almaq üçün vəkil bürolarına müraciət edə bilərlər.

Aksiya Şərur rayonunda saat 09:00-dan 11:00-dək, Naxçıvan şəhərində isə 10:00-dan 12:00-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi