GUAM PA-nın müşahidəçisi: "Azərbaycanda seçkilər sakit ab-havada keçirilir"

GUAM PA-nın müşahidəçisi: "Azərbaycanda seçkilər sakit ab-havada keçirilir" Giorgi Mosidze: "Seçki prosesinin bütün beynəlxalq standartlarına əməl edilir"
Daxili siyasət
11 Aprel , 2018 11:07
GUAM PA-nın müşahidəçisi: Azərbaycanda seçkilər sakit ab-havada keçirilir
Report

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycanda seçkilər sakit ab-havada keçirilir".

Bunu "Report"a Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən GUAM Parlament Assambleyasının Gürcüstandan olan nümayəndə heyətinin rəhbəri Giorgi Mosidze deyib.

"Ümumilikdə seçkilər sakit, işgüzar mühitdə keçirilir. Seçki prosesinin bütün beynəlxalq standartlarına əməl edilir. Yekun bəyanat üçün tam təəssürat yaratmaq üçün bu gün, təqribən, 25 məntəqəyə baş çəkməyi düşünürük", - G.Mosidze bildirib.

Son xəbərlər

Orphus sistemi