Yuxarı
    Bağlamaq

    Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək

    Qanunda dəyişiklik ediləcək

    Bakı. 30 mart. REPORT.AZ/ Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək.

    “Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna təklif olunan dəyişiklik müzakirə edilib. 

    Belə ki, həmin siyahıya gözün buynuz qişası da əlavə edilib.

    Bundan başqa, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna da bununla bağlı dəyişiklik təklif olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi