Yuxarı
    Bağlamaq

    Gömrük anbarlarında saxlanc ilə bağlı xidmətlərin qiyməti dövlət tərəfindən tənzimlənəcək

    “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilib

    Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanda gömrük anbarlarında saxlanc ilə bağlı xidmətlərin qiyməti dövlət tərəfindən tənzimlənəcək.

    "Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

    Dəyişikliklə siyahıya "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlər” əlavə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi