Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunda işə qəbulla bağlı müraciətlərin qəbulu dayandırılıb.
"Report"un məlumatına görə, işə qəbulla bağlı müraciətlərin qəbul edilməsi dekabrın 23-dək davam edib.
Xatırladaq ki, müraciətlərin qəbulu dekabrın 19-da başlamışdı.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-leytenant Mədət Quliyevdir.