Yuxarı
    Bağlamaq

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin yeni binasının açılışı olub - FOTOLAR

    Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov iştirak edib

    Bakı. 2 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin yeni binasının açılışı olub. "Report"un məlumatına görə, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov iştirak edib.

    Tədbirdə nazir çıxış edərək 2 fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib və ölkədə aparılan gənclər siyasətindən danışıb.

    Tədbirin sonunda bir qrup gənclər, idmançı və məşqçilər, eyni zamanda Azərbaycan Velosiped İdmanı Federasiyası fəxri fərman və diplomla təltif olunub.

    Qeyd edək ki, Baş idarə Bakı şəhərində yerləşən 11 rayonu əhatə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi