Gənclər Paytaxtında konsert proqramı təşkil edilib

Gənclər Paytaxtında konsert proqramı təşkil edilib Çox sayda əhalinin izlədiyi konsert gənclərin böyük marağı ilə davam edib
Daxili siyasət
3 Fevral , 2023 12:46
Gənclər Paytaxtında konsert proqramı təşkil edilib

"Gənclər Paytaxtı 2023" tədbirləri çərçivəsində Mingəçevir şəhərində konsert proqramı təşkil edilib.

"Report"un məlumatına görə, Heydər Əliyev Meydanında baş tutan konsertdə Madteen Ressam, Fərid Mərd, Əli Faiq Mirzə, Məbud Əhmədov, Merry Band, Fariz İlyas və DJ Ego rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Səhnədə quraşdırılmış ekran vasitəsilə il ərzində gənclər siyasəti sahəsində görülmüş işlər və qazanılmış uğurlar barədə videoməlumat nümayiş olunub.

Çox sayda əhalinin izlədiyi konsert gənclərin böyük marağı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi