Gənclər Fondunun illik hesabat konfransı keçirilib

Gənclər Fondunun illik hesabat konfransı keçirilib Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilib.
Daxili siyasət
3 Fevral , 2018 11:44
Gənclər Fondunun illik hesabat konfransı keçirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Bakıda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxış edən fondun icraçı direktoru Fərhad Hacıyev deyib ki, 2017-ci il uğurlu il olub. O, fondun maliyyələşdirdiyi layihələrın statistikasını açıqlayıb: “İndiyədək fond 3909 layihəni maliyyələşdirib. Bunların 568-i 2017-ci ildə olub”.
F.Hacıyev bildirib ki, ölkədə aparılan siyasətin prioritet istiqamətlərindən biri gənclər sahəsidir. Onun sözlərinə görə, Azərbaycanda aparılan gənclər siyasəti dünyaya nümunədir.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib ki, Azərbaycanda gənclər siyasətinin təməli sağlamdır: “Bunun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Gənclər Fondunun maliyyələşdirdiyi layihələr nə qədər keyfiyyətli icra olunarsa, Fond da dəstəyini əsirgəməyəcək. Gənclər əmin olmalıdır ki, onlara xidmət edən dövlət qurumları onları dinləməyə hazırdır. Ölkə rəhbərliyi daim gəncləri dəstəkləyir”.

O, ölkə gənclərinə uğurlar arzulayıb. 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev da çıxışında gənclərin bütün sahələrdə fəal olduğunu qeyd edib: “Azərbaycanda gənclərə bütün şərait yaradılır. Bu, belə də olmalıdır. Bütün bunların əsasını ümumilli lider Heydər Əliyev qoyub. Bu uğurlu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Artıq yeni hədəflərimiz var. Azərbaycan gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər. Ölkədə yalnız gənclər sahəsində deyil, bütün sahələrdə iş aparmışıq. Azərbaycanda demokratik vətəndaş cəmiyyəti mövcuddur”.

Nazir müavini qeyd edib ki, Gənclər Fondu təqdim olunan layihələri şəffaf şəkildə maliyyələşdirir, gənclərə dəstək olur.

Hakim Yeni Azərbaycan Partyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, Azərbaycan gənci vətənpərvər olmalıdır: “Ölkədə gənclərə aid proqramlar həyata keçirilir. Bölgələrdə gənclərin məşğulluğu ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bugün uğurla davam etdirilir. Gənclər könüllü olaraq xaricdə lobbiçilik fəaliyyəti ilə məşğuldurlar. Bu da nailiyyətdir. Gənclər Fonduna təqdim edilən layihələrin keyfiyyəti ildən ilə artmaqdadır”.

Tədbir çıxışlarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi