Yuxarı

​YAP Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinə yeni sədr seçilib

Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinin III konfransı keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinin III konfransı keçirilib.

"Report"un məlumatına görə, konfransda birliyin sədri Fərid Dünyamalıyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, bu gün şəhər təşkilatının 32 min 200 üzvündən 18 min 136 nəfərini gənclər təşkil edir. Hesabat dövründə partiya sıralarına 4530 nəfər gənc qəbul olunub. 157 ərazi partiya təşkilatında gənclər birliyinin özək təşkilatları yaradılıb. Gənclər şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, bütün sahələrdə, o cümlədən elmdə və təhsildə böyük uğurlar qazanırlar. Fəaliyyət dövrü ərzində 16 təlim, 8 aksiya, 21 layihə, 25 kütləvi tədbir, 20 görüş keçirilib: "Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Gəncədə gənclərlə keçirdiyi görüşlər, eləcə də şəhərin Heydər Əliyev park-kompleksində 54 min ağacın əkilməsi hadisəyə çevrilib".

Konfransda "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov və başqaları çıxış ediblər.

Konfransda təşkilati məsələyə baxılıb, YAP Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinin yeni sədri və müavinləri seçilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi