Gəncə. 11 aprel. REPORT.AZ/ Gəncə şəhərində 4 Seçki Dairəsi üzrə bütün məntəqələrdə 1747 müşahidəçi seçki prosesini izləyir.
"Report"un Qərb bürosunun məlumatına görə, seçki məntəqələrində xarici müşahidəçilərlə yanaşı yerli "exitpol" müşahidəçiləri də aktiv iştirak edir.
Kəpəz (Gəncə) rayon 40 saylı Seçki Dairəsinin 2 saylı məntəqəsində müşahidəçi olan "Els" Müstəqil Araşdırmalar Mərkəzinin nümayəndəsi Tofiq Məhərrəmov "Report"un Qərb bürosuna bildirib ki, səhər saatlarından başlayaraq seçki prosesində aktivlik müşahidə edilir: "Bizim üçün bütün şərait yaradılıb və müşahidəçi olduğum seçki məntəqəsində bu saata qədər hər hansısa qanun pozuntusu qeydə alınmayıb."
