Yuxarı
    Bağlamaq

    Gələn ildən pasport və şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar tətbiq olunacaq - SİYAHI

    Prezident “Dövlət rüsumu haqqında” qanununa dəyişikliklər edilməsi barədə sənədi imzalayıb

    Bakı. 15 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

    “Report” xəbər verir ki, qanuna 14.1-1-ci maddə əlavə edilib:

    14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
    14.1-1.1. on iş günü müddətində verildikdə
    14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün 20 manat
    14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün 30 manat
    14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 40 manat
    14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara 50 manat
    14.1-1.2. beş iş günü müddətində verildikdə
    14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün 30 manat
    14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün 50 manat
    14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 70 manat
    14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara 90 manat
    14.1-1.3. bir iş günü müddətində verildikdə
    14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün 50 manat
    14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün 90 manat
    14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 130 manat
    14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara 170 manat

    1.3. Aşağıdakı məzmunda 14.3-1-ci maddə əlavə edilsin:


    14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:
    14.3-1.1. on iş günü müddətində verildikdə 15 manat
    14.3-1.2. üç iş günü müddətində verildikdə 35 manat
    14.3-1.3. bir iş günü müddətində verildikdə 45 manat

    Bundan başqa, qanuna aşağıdakı məzmunda 33-3 və 33-4-cü maddələr əlavə edilib:

    “Maddə 33-3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri

    Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
    33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə:
    33-3.1.1. üç iş günü müddətində verildikdə 20 manat
    33-3.1.2. beş iş günü müddətində verildikdə 10 manat
    33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə
    33-3.2.1. üç iş günü müddətində verildikdə 10 manat
    33-3.2.2. beş iş günü müddətində verildikdə 5 manat

    Sənədə əsasən, qüvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin bu Qanunun 33-3-cü maddəsində nəzərdə tutulanlardan artıq müddətdə verilməsi üçün dövlət rüsumu tutulmur.’’.

    Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi