Yuxarı

​AMİP-in qurultayı gələn il keçiriləcək

Arzuxan Əlizadə: Partiya sədrliyinə namizədlər qurultayın günü təyin edildikdən sonra bəlli olacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ Müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı 2016-cı ildə keçiriləcək.

Bu barədə "Report"a partiyanın sədr əvəzi Arzuxan Əlizadə məlumat verib.

O bildirib ki, qurultayla bağlı bəzi texniki işləri ilin sonuna qədər başa çatdırmaq mümkün deyil: "Hazırda qurultayın günü ilə bağlı partiya daxilində məsləhətləşmələr aparılır. Hələ ki, yekun qərara gələ bilməmişik".

A.Əlizadə qeyd edib ki, partiya sədrliyinə namizədlər qurultayın günü təyin edildikdən sonra bəlli olacaq.

Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə oktyabrın 27-də istefa verib. Partiya sədrinin səlahiyyətlərini baş katib Arzuxan Əlizadə həyata keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi