Füzuliyə qayıdan sakin: “Artıq məcburi köçkünlük həyatı sona çatdı”

Füzuliyə qayıdan sakin: “Artıq məcburi köçkünlük həyatı sona çatdı” “Füzuliyə yoldaşımla birlikdə qayıdırıq, uşaqlarım isə avqust ayında gediblər. 64 yaşımda doğulub boya-başa çatdığım yerlərə qayıtdığım üçün çox sevinirəm".
Daxili siyasət
7 Dekabr , 2023 08:01
Füzuliyə qayıdan sakin: “Artıq məcburi köçkünlük həyatı sona çatdı”

“Füzuliyə yoldaşımla birlikdə qayıdırıq, uşaqlarım isə avqust ayında gediblər. 64 yaşımda doğulub boya-başa çatdığım yerlərə qayıtdığım üçün çox sevinirəm".

“Report” xəbər verir ki, bu sözləri doğma yurduna qayıdan Füzuli sakini Xatın Şirinova söyləyib.

O bildirib ki, bu günə qədər Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən yataqxanada, çətin şəraitdə yaşayıb:

“Mən bu günə kimi Qaradağ rayonunun Sahil qəsəbəsindəki yataqxanada məskunlaşmışdım. Amma artıq məcburi köçkünlük həyatı sona çatdı, uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq”.

Xatın Şirinova onlara yaradılan şəraitə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib. Torpaqlarımızın işğaldan azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib, şəhidlərə rəhmət diləyib.

Son xəbərlər

Orphus sistemi