Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-3

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-3 Bu gün Füzuli şəhərinə daha 39 ailənin köçü başlayacaq.
Daxili siyasət
29 Aprel , 2024 13:39
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-3

Bu gün Füzuli şəhərinə yola salınan ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatıb.

12:12

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə (153 nəfər) köçürülüb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatacaq.

06:20

Füzuli şəhərinə daha 39 ailənin köçü başlayıb.

“Report” xəbər verir ki, 153 nəfər keçmiş məcburi köçkün, o cümlədən Bakı şəhərindən 27 ailə (110 nəfər), Sumqayıt şəhərindən 5 ailə (14 nəfər), Füzuli rayonundan 3 ailə (10 nəfər), Şamaxı rayonundan 2 ailə (8 nəfər), Abşeron rayonundan 1 ailə (7 nəfər), Yevlax şəhərindən 1 ailə (4 nəfər) yola salınıb.

Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatacaq.

05:45

Bu gün Füzuli şəhərinə daha 39 ailənin köçü başlayacaq.

“Report” xəbər verir ki, 153 nəfər keçmiş məcburi köçkün, o cümlədən Bakı şəhərindən 27 ailə (110 nəfər), Sumqayıt şəhərindən 5 ailə (14 nəfər), Füzuli rayonundan 3 ailə (10 nəfər), Şamaxı rayonundan 2 ailə (8 nəfər), Abşeron rayonundan 1 ailə (7 nəfər), Yevlax şəhərindən 1 ailə (4 nəfər) yola salınacaq.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 07:00-da yola salınacaq.

Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Köçürülənlərin nəqliyyat vasitələri karvanları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3 132 nəfər) çatacaq.

Gülər Seymurqızı, İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi