Fuad Hüseynəliyev: "Ermənilər Azərbaycanın təklifinə qulaq asmalıdır"

Fuad Hüseynəliyev: "Ermənilər Azərbaycanın təklifinə qulaq asmalıdır" "Ermənistan Bakının növbəti təklifinə qulaq asmalıdır".
Daxili siyasət
27 Mart , 2023 22:49
Fuad Hüseynəliyev: Ermənilər Azərbaycanın təklifinə qulaq asmalıdır

"Ermənilər Azərbaycanın növbəti təklifinə qulaq asmalıdır".

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Baku TV-nin efirində Azərbaycan Prezidenti Administrasiyasının Qarabağ bölgəsinin erməni sakinləri ilə Bakıda reinteqrasiya məsələlərinin, eləcə də sözügedən regionun infrastruktur layihələrinin həyata keçirilməsinin müzakirəsi ilə bağlı növbəti təklifinə münasibət bildirərkən deyib.

O, Azərbaycan Ordusunun Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin qarşısının alınması məqsədilə həyata keçirdiyi lokal zəruri nəzarət tədbirlərindən sonra vəziyyətin dəyişdiyini vurğulayıb.

"Laçın yolu humanitar yüklərin daşınması üçün açıqdır. Məlumdur ki, sülhməramlıların karvanı bu yol boyu Qarabağ bölgəsinin erməni sakinləri üçün bütün zəruri məhsulları və tibbi vasitələri sərbəst şəkildə çatdırır. Qanunsuz silahlı birləşmələri təchiz etmək üçün dolama yollar yaradılsa da, Azərbaycan Ordusu istehkamlar yaratmaqla bu qanunsuz hərəkətləri dayandırdı. Düşünürəm ki, ermənilər yeni təklifləri daha ətraflı öyrənəcək və müzakirəyə qoşulacaqlar”, - F.Hüseynəliyev qeyd edib.

Daha ətraflı videoda:

Son xəbərlər

Orphus sistemi