Azərbaycanın qələbəsi bütün türk dünyasının qələbəsidir.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən qəbulda bildirib.
A.Raimkulova fondun yaradılması təşəbbüsünə görə Azərbaycan Prezidentinə təşəkkür edib, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi, o cümlədən Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi kimi əlamətdar tarixlər münasibətilə bütün türk dünyasını təbrik etmək istərdim. Və əlbəttə ki, bir daha Azərbaycan xalqını Vətən müharibəsində qazanılan böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Qarabağ Azərbaycandır! Azərbaycanın qələbəsi bütün türk dünyasının qələbəsidir”, - o deyib.