Yuxarı
    Bağlamaq

    Fikrət Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək

    Qəbulda Oğuz, Qəbələ və Ağdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq

    Bakı. 27 dekabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 30-da Oğuz rayonunda vətəndaşların qəbulu keçiriləcək.

    Bu barədə “Report”a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.

    Qəbulda Oğuz, Qəbələ və Ağdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

    Vətəndaşlar qəbula Oğuz rayon icra şöbəsi (ünvan: Oğuz şəhəri, Heydər Əliyev prospekti, 1, əlaqə telefonu: (02421) 5-35-29, 5-39-03, (050) 852-63-33), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

    Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi