FHN-in Gəncədəki mərkəzində ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib

FHN-in Gəncədəki mərkəzində ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində Gəncə Regional ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
Daxili siyasət
14 Oktyabr , 2021 13:38
FHN-in Gəncədəki mərkəzində ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində Gəncə Regional ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, ilk olaraq Mərkəzin inzibati binasında ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub.

Sonra FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli FHN-nin Gəncə Regional Mərkəzinin fəaliyyəti, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılması, hərbi vətənpərvərlik mövzularında çıxışlar edilib.

Daha sonra pandemiya qaydaları qorunmaqla Mərkəzin akt zalında təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə ətraflı məlumat verilib. Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin kazarmasına baxış keçirilib, sinif otağında aparılan dərslərlə tanış olunub.

Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə "həyəcan" siqnalı verildikdən sonra şərti xilasetmə işləri aparılaraq, şərti olaraq köməksiz vəziyyətdə olan yaralının xilas edilməsi prosesi göstərilib. Könüllülər qəza-xilasetmə avtomobili, alət və avadanlıqlar, həmçinin yanğınsöndürmə texnikaları ilə də yaxından tanış olub, avtomobil və texniki vasitələrin xüsusiyyətləri barədə məlumatlandırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.

Son xəbərlər

Orphus sistemi