Əziz Əzizov bacısı oğlunu vəzifəsindən azad edib

Əziz Əzizov bacısı oğlunu vəzifəsindən azad edib Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Ağayev Murad Əsgər oğlu vəzifəsindən azad edilib.
Daxili siyasət
18 Avqust , 2021 16:20
Əziz Əzizov bacısı oğlunu vəzifəsindən azad edib
Əziz Əzizov

Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Ağayev Murad Əsgər oğlu vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı RİH başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

Ə.Əzizovun daha bir əmri ilə köməkçi vəzifəsinə Fətullayev Nazim Hüseynalı oğlu təyin edilib. N.Fətullayev daha əvvəl RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

M.Ağayevin hansısa vəzifəyə təyin olunub-olunmadığı hələ açıqlanmayıb.

Xatırladaq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman M.Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Ə.Əzizov 2018-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra M.Ağayev burada Hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilib. Bir neçə gün sonra isə RİH başçısı olan dayısının köməkçisi vəzifəsinə təyinat alıb.

Ə.Əzizov 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan qısa müddət sonra M.Ağayevi özünün köməkçisi vəzifəsinə təyin etmişdi.

Ağayev Murad
Ağayev Murad

Son xəbərlər

Orphus sistemi