Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.
"Report"un məlumatına görə, Suraxanı RİH-in başçısı Əziz Əzizovun müvafiq əmri ilə başçının köməkçisi vəzifəsinə Ağayev Murad Əsgər oğlu təyin edilib.
Ə.Əzizovun digər əmri ilə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsinə Əliyev Eldəniz Əliqulu oğlu təyinat alıb.
Bundan başqa, Ə.Əzizovun müvafiq əmrləri ilə RİH-in Hüquq şöbəsinin məsləhətçisi Mustafayev Namiq Məcid oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Qədimov Mikayıl Fərəməz oğlu vəzifələrindən azad ediliblər.
İcra başçısının yeni köməkçisi M.Ağayev Ə.Əzizovun bacısı oğludur.
Qeyd edək ki, bundan əvvəl RİH-in daha iki əməkdaşı - icra başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu işdən çıxarılıb.
Xatırladaq ki, Prezident
Son günlər mətbuatda Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc olunub.