"Tarixi zəfər Qərbi azərbaycanlıları da öz ata-baba yurdlarına geri dönmək uğrunda ümidləndirdi".
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə deyib.
Sədr bildirib ki, torpaqlarımızın işğaldan azad olunması ilə azərbaycanlılar qalib xalq olmağın qürurunu yaşayıb.
"Dövlət başçısının güclü siyasi iradəsi, əzmi ilə bir araya gələn "dəmir yumruq" vəhdəti bölgədəki separatçılığa, hərc-mərcliyə son qoydu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, regionda sülh üçün geniş imkanlar açıldı. Bu qələbə Qərbi azərbaycanlıları da öz ata-baba yurdlarına geri dönmək uğrunda ümidləndirdi, onlara ruh verdi. Dəfələrlə öz doğma torpaqlarından deportasiya edilən soydaşlarımız indi öz tarixi vətənlərinə qayıdıb orada yaşayacaqlarına böyük inam bəsləyirlər. Bütün Azərbaycan xalqını və dünya azərbaycanlılarını təbrik edirəm. Gün o gün olsun ki, bu tarixi bayramlarımızı öz tarixi torpaqlarımızda - Zəngəzurda, Göyçədə, İrəvanda qeyd edək. Əmin olun ki, o gün uzaqda deyil", - Ə.Ələkbərli vurğulayıb