​Elmar Vəliyevin Təbrizə səfəri başa çatıb

​Elmar Vəliyevin Təbrizə səfəri başa çatıb Səfər zamanı bir sıra sənədlər imzalanıb
Daxili siyasət
10 Fevral , 2015 21:23
​Elmar Vəliyevin Təbrizə səfəri başa çatıb

Bakı. 10 fevral. REPORT.AZ/ Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin İranın Təbriz şəhərinə səfəri başa çatıb.

Azərbaycanın Təbrizdəki baş konsulluğundan “Report”a verilən məlumata görə, 7-10 fevral tarixlərində E.Vəliyev və onun başçılıq etdiyi nümayəndə heyəti İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin dəvəti ilə Təbriz şəhərinə səfər edib və səfər çərçivəsində Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi, Təbriz şəhər icra hakimiyyətinin rəhbəri Rəhim Şöhrətifər, Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi ilə görüşüb.

Nümayəndə heyəti, həmçinin Təbriz şəhərinin görməli yerləri, bir sıra elm, mədəniyyət və sənaye müəssisələri ilə tanış olub. Keçirilən görüşlərdə qarşılıqlı əlaqələrin mövcüd vəziyyəti müzakirə olunub, əlaqələrin daha da inkişafı və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Səfər zamanı, həmçinin Gəncə şəhər icra hakimiyyəti və Təbriz şəhər bələdiyyəsi arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair protokol imzalanıb, birgə iqtisadi, elmi, mədəni və digər tədbirlərin, müştərək layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, Gəncə Dövlət Universiteti ilə Təbriz Universiteti arasında daha səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin aparılması qərarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi