Elmar Məmmədyarov Argentinanın sabiq vitse-prezidentini qəbul edib

Elmar Məmmədyarov Argentinanın sabiq vitse-prezidentini qəbul edib Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafinda geniş fikir mübadiləsi aparılıb
Daxili siyasət
17 Mart , 2017 16:32
Elmar Məmmədyarov Argentinanın sabiq vitse-prezidentini qəbul edib
Mfa.gov.az

Bakı. 17 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov V Bakı Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Argentinanın sabiq vitse-prezidenti Xulio Sezar Kobos və Deputatlar Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin baş direktoru Xuan de Dios Sinkuneqini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə edilərək, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından perspektiv vəd edən sahələr barəsində fikir mübadiləsi aparılıb.

Xüsusilə, kənd təsərrüfatı, enerji sektoru, alternativ enerji mənbələri və infrastruktur sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğu qeyd edilib.

Azərbaycan və Argentina arasında çoxtərəfli platformada da yüksək səviyyəli münasibətlər qurulduğu vurğulanaraq, BMT çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi haqqında danışılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafinda geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi