Əli Hüseynli: “Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb”

Əli Hüseynli: “Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb” “Bu, Azərbaycan gəncinin vətənə bağlılığını göstərir”
Daxili siyasət
10 Noyabr , 2016 12:14
Əli Hüseynli: “Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb”

Bakı. 10 noyabr. REPORT/ “Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb. Bu, Azərbaycan gəncinin vətənə bağlılığını göstərir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci il dönümü ilə bağlı keçirilən “Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış” konfransında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynlinin sözlərinə görə, aprel döyüşləri sübut etdi ki, gənclər düşmənlə sona qədər döyüşür: “Azərbaycan dövlətinə böyük tarixi olan dövlət kimi baxmalıyıq. Müasir gənclər Azərbaycanı dünyada tanıdıblar, buna görə onlara təşəkkür düşür. Heydər Əliyevin nəsihətləri gənclər tərəfindən dürüst icra olunur. Ölkəmizdə vətənpərvər, mübariz gənclər ordusu formalaşıb”.

O qeyd edib ki, Azərbaycan gəncləri Ermənistanın siyasətini dünyada ifşa edirlər.

Son xəbərlər

Orphus sistemi